Müctaba Xamenei hələ ki, ABŞ və İsraillə müharibəyə son qoymaq istəmir.
İranın Ali Lideri Müctəba Xamenei vəzifəsinə seçildikdən sonra ilk açıqlamasını verib. O, çıxışını təhdidlərlə doldurub.
Qaziler.az bildirir ki, Xameneinin açıqlaması Sky News və CNBC tərəfindən sitat gətirilib.
Xamenei "düşmənə qarşı ayağa qalxan bütün təbəqələrdən olan İran xalqına" təşəkkür edib.
İranın Ali Lideri "müharibə zamanı yaxınlarını itirənlərə" kompensasiya ödəniləcəyini bildirib.
O, "İran şəhidlərinin qanının yerdə qalmayacağını" deyib.
Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp, Amerika tələblərini yerinə yetirməkdən imtina edəcəyi təqdirdə, Amerika ordusunun Müctəba Xameneini də aradan qaldıra biləcəyi ehtimalını istisna etməyib.
Üstəlik, bu gün, 12 martda Müctəba Xameneinin ABŞ-ın hava hücumu zamanı yaralandığı məlum olub.
QAZİLER.AZ