AZ

Avroviziya mahnımızı Avropada yaşayan biri yazmalıdır

ain.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.

Avroviziya qalibimiz Nigar Camal builki mahnımızla bağlı danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər”də açıqlama verib:

"Çox söz deməyəcəyəm. İstəyirəm bizi yüksək səviyyədə təmsil etsin. "Avroviziya"nın formatı dəyişib. Deyirlər, gözəl səsi var. Bəli, gözəldir. Amma orada elə gözəl səslər var ki... Bizdən ən gözəl səsi göndərsən belə, onlarda yaxşısı olacaq. Yaxşı mahnı olmalıdır. Bizim dildə danışan və düşünən insanın yazdığı mahnı olmamalıdır. Avropada yaşayan, onlar kimi düşünən biri mahnı yazmalıdır. Mahnını eşidən kimi bildim bizimkilər yazıb. Bu işlə məşğul olsaydım, rok stildə Sabina Beyli, rep stildə Alizade mükəmməl gedərdi. Onun mahnısı,s tili və enerjisi gözəldir. Bir də Nərmin Kərimbəyovanın getməsi haqda danışırdıq...”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
olay.az

1Mənbələr