AZ

Epşteyn işi ilə bağlı yeni DETALLAR

ABŞ-də kütləvi cinsi istismar və insan alveri şəbəkəsi qurmaqda ittiham olunan məşhur maliyyəçi Cefri Epşteyn işi ilə bağlı yeni detallar məlum olub.

Epşteynin uzun illər maliyyə işlərini idarə edən mühasibi Riçard Kan, ABŞ Konqresində verdiyi ifadədə diqqətçəkən məqamlara toxunub.

"CBS News" tərəfindən əldə edilən məlumatlara görə, Riçard Kan qapalı iclasda Epşteynin gündəlik həyatı və əlaqələri barədə danışıb. Kan bildirib ki, Epşteyn tez-tez Donald Tramp haqqında danışsa da, aparılan yoxlamalar zamanı nə Trampın özü, nə də ailəsi ilə bağlı hər hansı şübhəli maliyyə əməliyyatı aşkar edilib.

Mühasib, Epşteynin illik xərclərinin hədsiz dərəcədə yüksək olduğunu və böyük bir işçi ordusuna sahib olduğunu təsdiqləyib. O, qadın və kişilərə verilən bahalı hədiyyələri o zamanlar cinayət tərkibli "xəbərdarlıq siqnalı" kimi görmədiyini, istismarın miqyasından isə yalnız iş adamının ölümündən sonra xəbər tutduğunu iddia edib.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer bildirib ki, Kanın ifadəsi Epşteynin bir çox nüfuzlu şəxslərlə maliyyə əlaqələrini təsdiqləyib. Bu şəxslər arasında aşağıdakı adlar yer alır: Les Veksner ("Victoria's Secret"in keçmiş rəhbəri) Qlen Dubin və Leon Blek (İş adamları) Stiven Sinofski ("Microsoft"un keçmiş rəhbəri) Rotşild ailəsi Konqres üzvü Robert Qarsiya isə mühasibin ifadəsindəki bəzi qanunsuz məqamlara diqqət çəkib. Kan etiraf edib ki, o, Epşteynin tapşırığı ilə iki nəfər arasında saxta evliliyin təşkilinə kömək edib. Bundan əlavə, banklarla əməliyyatlar zamanı Epşteynin adından çıxış etmək üçün onu təqlid etdiyini də boynuna alıb.//Sfera.az 

Seçilən
30
1
musavat.com

2Mənbələr