AZ

Sevinc Həsənova vəzifəsindən getdi – FOTO

Mərkəzi Aran Regional Təhsil İdarəsinin təhsil sektorunun müdiri Sevinc Həsənova vəzifəsində fəaliyyətini başa vurduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sevinc Həsənova bildirib ki, 2022-ci ilin iyul ayından etibarən fəaliyyətini Mərkəzi Aran Regional Təhsil İdarəsində davam etdirib və bu gün həmin mərhələni tamamlayıb.

O qeyd edib ki, 25 illik əmək fəaliyyəti ərzində müəllim, direktor, direktor müavini, Dövlət İmtahan Mərkəzinin əməkdaşı, eləcə də Müəllimlərin İşə Qəbulu və Sertifikatlaşdırılması imtahanlarında müsahibə komissiyasının sədri kimi müxtəlif vəzifələrdə çalışıb.

Gülər

Seçilən
82
nocomment.az

1Mənbələr