ABŞ-nin ən böyük banklarından biri olan "Citibank" Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) filiallarını müvəqqəti olaraq bağlayır.
Moderator.az-ın Aawsat.com nəşrinə istinadən xəbərinə görə, bu barədə bankın saytında məlumat verilib.
Məlumata görə, "Citibank" Yaxın Şərqdə dərinləşən böhran fonunda ehtiyat tədbiri olaraq BƏƏ-dəki filiallarını və maliyyə mərkəzlərini 14 mart tarixinə qədər bağlayacaq.
ABŞ bankı təsir altında qalan bütün filiallarını martın 16-da yenidən açmağı planlaşdırır, lakin Dubayın mərkəzindəki "Mall of the Emirates" ticarət mərkəzindəki filialı bu müddət ərzində açıq qalacaq.
Bu həftənin əvvəlində isə "Citibank" göstəriş vermişdi ki, əməkdaşlar Dubay Beynəlxalq Maliyyə Mərkəzindəki (DIFC) və Dubayın Ud-Metha rayonundakı ofislərdən təxliyə olunsunlar və növbəti xəbərdarlığa qədər evdən işləsinlər.