AZ

Kəmaləddin Heydərova məxsus olduğu deyilən şirkətin 35 min manat borcu var

Kəmaləddin Heydərova məxsus olduğu deyilən şirkətin 35 min manat borcu var

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və aparıcı şirkətlərdən olan "Qafqaznet" MMC-nin vergi borcu yaranıb.

Qaynarinfo xəbər verir ki, şirkətin hazırda 35 516,61 manat vergi borcu var.

"Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Əfəndiyev Ramiq Natiq oğludur.

Mediada gedən məlumatlara görə, şirkət fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Nazirinin biznesi haqqında dərc edilən araşdırma materiallarında da "Qafqaznet” MMC-nin adına rast gəlinir. Digər tərəfdən, "Qafqaznet” MMC satınalma müsabiqələrində əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) və ona tabeli qurumların tenderlərində qalibi seçilir.

Seçilən
22
1
afn.az

2Mənbələr