Türkiyəli fenomen Engin Polat yenidən gündəmə gəlib.
Ölkə.az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, o, uzun müddət müzakirələrə səbəb olan lüks avtomobilini satışa çıxarıb. Bildirilir ki, Engin Polat və həyat yoldaşı Dilan Polat cütlüyü Ferrari markalı avtomobillərini satışa qoyub.
Məlumata əsasən, avtomobil üçün təyin olunan qiymət 38 milyon türk lirəsidir.
Qeyd edək ki, sözügedən avtomobil daha əvvəl də sosial şəbəkələrdə və mediada tez-tez müzakirə mövzusu olub. (Milli.Az)
