AZ

Azərbaycanın qlobal enerji bazarındakı rolu ildən-ilə artır - UNCTAD baş katibi (ÖZƏL)

Bakı. Trend:

Azərbaycanın qlobal enerji bazarındakı rolu ildən-ilə ardıcılşəkildə artır.

Bunu Trend-ə XIIIQlobal Bakı Forumunun kuluarlarında BMT-nin Ticarət və İnkişaf üzrəKonfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan bildirib.

“Bu, Azərbaycanın özü üçün çox mühüm inkişaf amilidir, eynizamanda Avropa üçün də əhəmiyyətli enerji təchizatı mənbəyidir. Bugün isə Ukraynadakı müharibə şəraitində bu amil daha da böyükəhəmiyyət kəsb edir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hasilatı artıraraq və yaranançağırışlara effektiv şəkildə cavab verərək Avropa bazarını əvvəllərtəmin edən qaz mənbələrini qismən əvəz edə bilib.

“Digər mühüm göstərici ondan ibarətdir ki, Azərbaycan borukəmərləri vasitəsilə qaz təchiz edən əsas ölkələrdən biridir. O,dünyanın 16 ölkəsinə qaz ixrac edir və bu, enerji bazarınınsabitliyinə töhfə verən ciddi nailiyyətdir”, – deyə Qrinspanvurğulayıb.

XIII Qlobal Bakı Forumundan danışan baş katib bildirib ki,tədbir aktual siyasi və iqtisadi məsələlərin müzakirəsi üçün mühümbeynəlxalq platforma kimi özünü təsdiqləyib.

“Qlobal Bakı Forumu siyasi müzakirələr, geosiyasi məsələlərin vətexnologiyaların inkişafı, səhiyyə problemləri kimi konkret qlobalçağırışların müzakirəsi, eləcə də dünya problemlərinin həlliyollarının axtarışı baxımından mühüm platformaya çevrilib. Qlobalçağırışların aradan qaldırılması üçün hansı kollektiv qərarlarınzəruri olduğunu daha yaxşı anlamaq mümkün olsun deyə buradamüxtəlif siyasi baxışlara, təcrübəyə malik və müxtəlif regionlardanolan insanların bir araya gəlməsi xüsusilə vacibdir”, – deyə oəlavə edib.

Məqalədə:
Seçilən
46
1
az.trend.az

2Mənbələr