AZ

“Media haqqında” qanuna dəyişiklik: Şəxsin görüntüsü və səsindən icazəsiz istifadə qadağan olunur

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan "Media haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiya şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.

Hüquqşünas Ramil Süleymanov AZXEBER.COM-a açıqlamasında bildirib ki, hansısa şəxsin şəxsi məlumatlarının yayılması qanunla qadağandır:

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsində qeyd olunur ki, şəxsin şəxsi həyatı ilə bağlı məlumatların, habelə bu məlumatların əks olunduğu foto, video və səsyazılarının yayılması, satılması və ya başqa şəxslərə verilməsi qanunsuz hesab olunur. Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, qanunu pozan şəxslər 1000–2000 manat cərimə, 240-480 saat ictimai işlər və ya 1 ilədək islah işləri ilə cəzalandırılır”.

Hüquqşünas qeyd edib ki, şəxsin görüntülərinin saxta formada yayılmasına görə azadlıq məhrumetmə cəzası var:

"Əgər saxta formada pornoqrafik videolar hazırlanaraq şəxsin ona aid olmayan görüntüləri yayılarsa, bu, Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə sanksiyalaşdırılır. Eyni zamanda, belə xarakterli nəşr və filmlərin qanunsuz ticarəti və yayılması 3 ilədək müəyyən vəzifə tutmaqdan məhrumetmə və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
azxeber.com

1Mənbələr