AZ

Bakıda kişi siqaretə görə satıcını vəhşicəsinə döydü

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Biləsuvar rayonunda 1989-cu il təvəllüdlü İsmayıl həmyerlisi Xəyala (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 14-də Biləsuvar şəhərində yerləşən marketlərdən birində baş verib. İsmayıl həmin gün saat 22 radələrində sərxoş halda marketdə satıcı işləyən Xəyalı nalayiq sözlərlə söyüb təhqir edib, bir neçə dəfə baş, boyun və sifət nahiyələrindən yumruq zərbələri ilə vurub. İsmayılın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən evdə yaşayır, faktiki nikah münasibətindədir və himayəsində 1 uşağı var:“Mən rəsmi olaraq heç bir yerdə işləməsəm də, fəhləlik etməklə ailəmin dolanışığını təmin edirəm. Zərərçəkmiş Xəyalı satıcı kimi tanımışam və sonuncu ilə aramızda düşmənçilik və ya ədavət olmayıb”. Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin yanvarın 14-də, axşam saatlarında dostları ilə yemək yeyərək, spirtli içkilər qəbul etdikdən sonra siqaret almaq məqsədi ilə yaşadığı evin qarşısında yerləşən marketə gedib:“Bir ədəd “Keno” markalı siqaret aldım. Sonradan fikrimi dəyişdim və aldığım tütün məmulatını qaytardım, başqa markalı siqaret almağa qərar verdim. Aldığım siqareti dəyişdirmək istədiyimi dedikdən sonra satıcı müdiriyyətin satılan malları geri qaytarmağa və ya dəyişdirməyə icazə vermədiyini bildirdi, həmin tütün məmulatını qaytarmaqdan imtina etdi. Sərxoş olduğuma görə Xəyalın sözlərindən hiddətləndim. Buna görə də anidən Xəyalı tutaraq, kassa aparatının arxasından çıxardım və həmin şəxsi küncə saldım. Xəyalın baş, boyun və sifət nahiyələrinə bir neçə dəfə yumruq zərbələri endirdim. Onun boyun nahiyəsindən tutaraq sıxdım. Həmçinin zərərçəkmiş şəxsi yumruqlamaqla yanaşı, onu söyərək təhqir etdim. Həmin vaxt marketdə olan digər müştərilər məni ayıraraq, bizi uzaqlaşdırdılar”. Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə İsmayıl 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Bundan əlavə, İsmayıla kütləvi və digər tədbirlər təşkil etmək, belə tədbirlərdə iştirak etmək qadağan olunub. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
demokrat.az

1Mənbələr