Dövlət İmtahan Mərkəzi martın 15-də işğaldan azad olunmuş Xankəndi, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarında da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Qeyd olunub ki, işğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 105 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
Onlardan 30-u Xankəndi şəhəri 4 nömrəli tam orta, 20 şagird, Xocalı şəhəri 1 nömrəli tam orta, 18 şagird Ağdam rayonunun Kəngərli kənd tam orta, 16 şagird Şuşa şəhəri 1 nömrəli tam orta, 20 şagird Laçın şəhəri 2 nömrəli tam orta, 1 şagird isə Kəlbəcər şəhəri 1 nömrəli tam orta məktəbin payına düşür.
O da bildirilib ki, Kəlbəcər şəhəri 1 nömrəli tam orta və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində buraxılış imtahanları bu il ilk dəfə keçiriləcək.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 6 binada təşkil olunacaq.
İmtahanın idarə olunmasına 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri və 7 zal nəzarətçisi cəlb olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta