AZ

İsraildə raket evin ortasına düşdü

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin mərkəzi bölgələrindən birində raket hücumu nəticəsində yaşayış evinə ciddi ziyan dəyib.

Lent.az Reuters-ə istinadən xəbər verir ki, hücumdan sonra çəkilən görüntülərdə evin böyük hissəsinin dağıldığı, pəncərələrin qırıldığı və əşyaların yararsız hala düşdüyü görünür.

Məlumata görə, hücum zamanı atılan raketlərdən biri yaşayış evinin ortasına düşüb. Hadisə yerində böyük dağıntılar qeydə alınıb. Yerli mənbələr bildirir ki, hücum baş verən zaman bölgədə hava hücumu sirenləri səslənib və sakinlər sığınacaqlara qaçıblar. İtki qeydə alınmayıb. Raket zərbəsinin nəticələri ilə bağlı təhlükəsizlik və xilasedici xidmətlər hadisə yerində araşdırma aparıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
lent.az

1Mənbələr