AZ

İranın Azərbaycandakı səfiri Azərbaycana təşəkkür etdi

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Rusiyadan göndərilən humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, səfirin sözlərinə görə, Azərbaycan bu çətin günlərdə İrana göstərdiyi humanitar dəstəyə görə xüsusi təşəkkürə layiqdir.
Diplomat həmçinin Azərbaycanın humanitar yüklərin çatdırılması üçün öz quru və hava yollarından istifadə olunmasına şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Seçilən
31
yenilik.az

1Mənbələr