İsveç Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Qrem Potterlə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə qrumun mətbuat xidməti məlumat yayıb.
İngilis mütəxəssisin yeni sözləşməsi 2030-cu ilə qədər qüvvədə olacaq. Potter 2025-ci ilin oktyabr ayından İsveç millisini çalışdırır. İsveç millisi Potterin rəhbərliyi altında iki oyuna çıxıb: 1 heç-heçə, 1 məğlubiyyət.
Xatırladaq ki, İsveç 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-offunun yarımfinalında Ukrayna ilə üz-üzə gələcək. Bu matçın qalibi Polşa - Albaniya cütünün qalibi ilə qarşılaşacaq.