Aİ Orban və ailəsinə qarşı təhdidlərə görə Ukraynaya sanksiyalar tətbiq etməlidir.
İnterpress.az xəbər verir ki, bu barədə “Megaupload” fayl paylaşma şəbəkəsinin təsisçisi Kim Dotkom bildirib.
Tanınmış internet-sahibkar və aktivist Kim Dotkom Avropa İttifaqını (Aİ) Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Buna səbəb kimi o, Macarıstanın Baş naziri Viktor Orban və onun ailə üzvlərinə qarşı Kiyev tərəfindən səsləndirilən təhdidləri göstərib.
Dotkomun fikrincə, bir ölkənin rəhbərliyini, xüsusən də onun övladlarını və nəvələrini hədəf alan təzyiq və hədələr qəbulolunmazdır.
O vurğulayıb ki, Avropa İttifaqı bu cür hərəkətlərə görə Ukraynaya qarşı müvafiq məhdudlaşdırıcı tədbirlər görməlidir.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın bəzi rəsmi və hərbi dairələrindən Viktor Orbanın ailəsinə ünvanlanan hədələr beynəlxalq mediada geniş müzakirələrə səbəb olmuşdu.
Xuraman Etibarlı
İnterpress.az