AZ

Fənn olimpiadalarının finalına Şəki Zaqatala bölgəsi üzrə 84 şagird vəsiqə qazanıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şəki, 12 mart, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 84 şagird respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Qurumun əməkdaşı bildirib ki, fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələrinə əsasən, finala Şəki rayonu üzrə 47, Oğuz rayonu üzrə 18, Qəbələ rayonu üzrə 11, Balakən rayonu üzrə 4, Zaqatala və Qax rayonlarının hər biri üzrə isə 2 şagird vəsiqə qazanıb.

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkanın yaradılmasıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
azertag.az

1Mənbələr