AZ

İraqın Ərbil şəhərində partlayış səsləri eşidilir - KİV

Bakı. Trend:

Yaxın Şərqdə İran, İsrail və ABŞ-nin cəlb olunduğu münaqişədavam etdiyi əsnada İraqın Ərbil şəhərinə güclü partlayış sədalarıyayılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Ərbil şəhərinin hava hücumlarından müdafiə sistemlərinin havaməkanını pozan bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdiyibildirilir.

Xatırladaq ki, İraqın şimalında, yarım-muxtar Kürd bölgəsininşəhərində ABŞ-nin bir hərbi bazası və diplomatik missiyalaryerləşir. Bu baxımdan şəhər martın əvvəlindən bəri müntəzəm olaraqballistik raket və dron hücumlarına məruz qalır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb

Məqalədə:
Seçilən
66
az.trend.az

1Mənbələr