AZ

Müctəba Dəmirçilu Azərbaycana təşəkkür etdi

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın səfiri Müctəba Dəmirçilu Rusiyadan göndərilən humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Lənkəran hava Limanında jurnalistlərə açıqlamasında deyib.

"Rusiya tərəfindən İrana göndərilən humanitar yardımı Lənkəran aeroportunda qarşıladıq. Bu təşəbbüsə görə Rüsiya dövləti və xalqına, eyni zamanda yaradılan şəraitə görə isə Azərbaycan hökuməti və xalqına minnətdarlığımı bildirirəm. Ötən günlərdə isə Azərbaycan da birinci humanitar yardımını İrana yola salmışdı. Bu bizim ortaq, müştərək mədəniyyətimizdən gəlir ki, bizlər dar günlərimizdə bir-birimizə kömək edirik. Mən bir daha fürsətdən istifadə edib həm Azərbaycan hökumətinə, həm də Azərbaycan xalqına həmrəyliyə görə, humanitar yardıma görə təşəkkürlərimi ifadə edirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
bakivaxti.az

2Mənbələr