AZ

Bill Klintonun görüntüləri müzakirə yaratdı – “Epşteyn işi"ndən qaçmaq üçün dəli nömrəsi? - VİDEO

ABŞ-ın sabiq prezidenti Bill Klinton ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Musavat.com xəbər verir ki, tədbirdən çıxarkən çəkilmiş kadrlarda Klintonun qeyri-sabit şəkildə yeridiyi, bəzən anlaşılmaz hərəkətlər etdiyi və gülərək irəlilədiyi görünür.

Videoda onun bir məqamda yanında gedən həyat yoldaşı Hillarİ Klinton ilə toqquşduğu anlar da yer alır. Görüntülər yayıldıqdan sonra sosial mediada müxtəlif şərhlər səsləndirilib və bəzi istifadəçilər sabiq prezidentin davranışının normal olub-olmadığını müzakirə etməyə başlayıblar.

Eyni zamanda sosial şəbəkələrdə irəli sürülən iddialardan biri də Klintonun davranışlarının guya “dəlilik təəssüratı yaratmaq” məqsədi daşıya biləcəyi ilə bağlı olub. Bu iddialar onun adının illər əvvəl böyük qalmaqal doğuran Cefferi Epşteyn işi ilə əlaqələndirilməsi fonunda yenidən gündəmə gətirilir.

Epşteyn işi nədir?

ABŞ maliyyəçisi Ceffri Epşteyn uzun illər ərzində azyaşlı qızların cinsi istismarı və onları varlı şəxslərə təqdim etməklə bağlı ittihamlarla tanınıb. 2019-cu ildə o, ABŞ-da yenidən həbs edilmiş və insan alveri və cinsi istismar ittihamları ilə mühakimə olunmalı idi. Lakin həmin ilin avqustunda Epşteyn Nyu-Yorkdakı həbsxanada ölü tapıldı.

Bu işin qalmaqalı əsasən ona görə böyük rezonans doğurdu ki, Epşteynin siyasət, biznes və şou-biznes dünyasından bir çox nüfuzlu şəxslərlə əlaqələrinin olduğu iddia edilirdi. Onun şəxsi təyyarəsi və adası ilə bağlı yayılan məlumatlarda müxtəlif tanınmış simaların adları çəkilirdi.

Sabiq prezident Bill Klintonun da Epşteynlə əlaqəsi barədə iddialar dəfələrlə mediada müzakirə olunub. Klinton isə Epşteynin cinayət fəaliyyətindən xəbərsiz olduğunu bildirərək hər hansı qanunsuz fəaliyyətə qarışdığını qəti şəkildə inkar edib.

Hazırda Epşteyn işi ilə bağlı müxtəlif məhkəmə sənədləri və araşdırmalar ABŞ ictimaiyyətində və mediada zaman-zaman yenidən gündəmə gətirilir.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr