AZ

Kobaxidze: Gürcüstanda 6 ildən yuxarı avtomobillər üçün gömrük rüsumu artırılacaq

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Gürcüstan hökuməti yaşı 6 ildən çox olan avtomobillərinin idxalının qadağan edilməsi ilə bağlı ilkin plandan imtina edib, bunun əvəzinə bu cür nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün rüsum artırılacaq.

Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu cür avtomobillər üçün gömrük rüsumu mühərrik həcminin hər 1 kubsantimetr üçün 4,5 lari (təxminən 1,6 dollar) təşkil edəcək.

Hazırda Gürcüstanda minik avtomobillərinin idxalı zamanı standart rüsum mühərrik həcminin hər 1 kubsantimetri üçün 0,8 lari təşkil edir.

"Biz müvafiq özəl müəssisələrin və vətəndaşlarımızın maraqlarına görə, eləcə də cəmiyyətdə geniş müzakirə olunan bu qərara müəyyən düzəlişlər etdik", - İ.Kobaxidze qeyd edib.

Xatırladaq ki, son illərdə nəqliyyat vasitələrinin sayının artması səbəbindən Gürcüstan 2026-cı il aprelin 1-dən ölkəyə 6 ildən çox minik avtomobillərinin gətirilməsinə qadağa qoymağı planlaşdırırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
mia.az

1Mənbələr