AZ

Prezident köməkçisi: Orta güc konsepsiyasına inanırıq, gündəliyimizi özümüz təyin edirik

“Biz orta güc konsepsiyasına inanırıq, gündəliyimizi özümüz təyin edirik”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.

O bildirib ki, bəzən “orta güc” deyəndə əvvəlcə ölkənin hərbi imkanları, ÜDM-i və ya ərazi ölçüsü ağıla gəlir: “Biz özümüzü orta güc kimi qəbul edirik, lakin burada məqsəd ÜDM, ərazi və ya hərbi güc üzrə yarış deyil. Bizim üçün orta güc – problemlərin həllinə yönəlmiş yanaşma və öz regionuna, həmçinin qlobal gündəliyə töhfə vermək iradəsidir. Orta güc vasitəsilə biz qlobal gündəliyin iştirakçısına çevrilirik”.

Seçilən
31
9
apa.az

10Mənbələr