AZ

“Artsax” adının istifadəsi müharibəyə çağırışdır - Paşinyan

Bakı. Trend:

Kilsələrdə keçirilən dini ayinlər zamanı “Artsax”ınxatırladılması müharibəyə çağırışdır və bu, Azərbaycanla sülhprosesinə mane olur.

Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri NikolPaşinyan brifinq zamanı jurnalistlərə deyib.

Paşinyan xatırladıb ki, Azərbaycanla müharibə başa çatıb və bunagörə də artıq heç bir “Qarabağ hərəkatı” mövcud deyil. Onunsözlərinə görə, istənilən tribunadan “Artsax Respublikası” adınınçəkilməsi "müharibəyə aparan yol” deməkdir.

“Yaxşı, biz başa düşürük, gəlin hamımız “Artsax Respublikasına”istinad etməyə başlayaq, bu nə deməkdir? Bu, münaqişə deməkdir.Belə hər bir ifadə müharibəyə çağırış deməkdir: bu gün, sabah,birisi gün, ondan sonrakı gün - bilmirəm, amma bu, müharibəyəçağırış deməkdir”, — deyə Ermənistanın baş naziri qeyd edib.

Məqalədə:
Seçilən
76
1
az.trend.az

2Mənbələr