AZ

Zaxarova Zelenskiyə “terrorçu” deyib

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya XİN rəsmisi Ukrayna liderini Orban haqqında dediklərinə görə “terrorçu” adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskini “terrorçu” adlandırıb və Macarıstan Baş naziri Viktor Orbana qarşı ölüm təhdidləri olduğunu deyib. AYNA.AZ xəbər verir ki, Zaxarova bu barədə "İzvestiya"ya verdiyi müsahibədə söyləyib.

"O terrorçudur", - Zaxarova vurğulayıb.

Qeyd edək ki, Zelenski əvvəllər Macarıstan Baş nazirinə qarşı ölüm təhdidləri səsləndirib və deyib ki, “diplomatik sükut Budapeştlə münasibətlərdə çox faydalı deyil".

Orban 7 martda Zelenskidən təhdid mesajı aldığını və bunların bütün Macarıstana ünvanlandığını düşündüyünü bildirib. Baş nazir əlavə edib ki, “Macarıstan həmişə sülhə can atır” və Ukraynanı şantaj və neft blokadasına son qoymağa, ölkəyə neft tədarükünü təmin etməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
ayna.az

1Mənbələr