ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 12 mart, AZƏRTAC
İsveç millisinin baş məşqçisi Qrem Potterin müqaviləsinin müddəti uzadılıb.
AZƏRTAC İsveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı ingiltərəli mütəxəssislə yeni sözləşmə 2030-cu il iyulun 31-dək nəzərdə tutulub.
O, yığmanı ötən ilin oktyabr ayından çalışdırır. Komanda Potterin rəhbərliyi altında keçirdiyi iki oyunda İsveçrəyə məğlub olub, Sloveniya ilə heç-heçə edib.
İsveç millisi martın 26-da dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Ukrayna seçməsi ilə qarşılaşacaq. Bu cütün qalibi finalda Polşa – Albaniya duelinin güclüsü ilə üz-üzə gələcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.