AZ

Beynəlxalq Enerji Agentliyi: Bu il qlobal neft tələbatı artacaq

Bakı, 12 mart, AZƏRTAC

Cari ildə qlobal neft tələbatının ötən ilə görə təxminən 644 min barel artaraq sutkada 104 milyon 766 min barel olacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA buaykı hesabatında cari il üzrə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yanvarla müqayisədə 205 min barel azaldıb. Belə ki, ötənaykı hesabatda tələbatda təxminən 849 barel artım proqnozlaşdırılmış və ümumi istehlakın isə 104 mlyon 872 min barelə çatacağı nəzərdə tutulmuşdu.

Agentlik, həmçinin Yaxın Şərqdəki münaqişə səbəbindən mart və aprel ayları üzrə qlobal neft tələbatına dair artım proqnozlarını ötənaykı proqnozla müqayisədə gündəlik orta hesabla 1 milyon barel azaldıb. Həmin regionda aviareyslərin kütləvi ləğvi və maye qaz təchizatında genişmiqyaslı fasilələr proqnozlarda aşağı istiqamətli düzəlişlərə səbəb olub.

Vurğulanır ki, neft qiymətlərinin artması və qlobal iqtisadiyyatın qeyri-müəyyənliklər proqnozlarla bağlı əlavə risklər yaradır.

Seçilən
30
1
azertag.az

2Mənbələr