AZ

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 37% səviyyəsində saxlayıb

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 37% səviyyəsində dəyişməz saxlayıb. Bu barədə Türkiyə tənzimləyicisinin bəyanatında bildirilib.

Türkiyə Mərkəzi Bankının pul-kredit siyasəti komitəsi həmçinin birgünlük (overnight) kredit dərəcəsini 40%, birgünlük borclanma dərəcəsini isə 35,5% səviyyəsində saxlayıb.

Tənzimləyici bildirib ki, fevral ayında inflyasiyanın əsas tendensiyası demək olar ki, dəyişməz qalıb. Bununla yanaşı, geosiyasi hadisələr fonunda qeyri-müəyyənliyin artması qlobal riskə meyli azaldıb və enerji daşıyıcılarının qiymətləri yüksəlib.

Bəyanatda qeyd olunub: “Bu amillərlə bağlı riskləri məhdudlaşdırmaq və inflyasiya proqnozunu sabit saxlamaq üçün sərt pul-kredit siyasətini dəstəkləyən qərarlar, eləcə də koordinasiyalı fiskal tədbirlər qəbul edilib.”

2025-ci ilin oktyabrında Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 2023-cü ildən bəri ilk dəfə 40%-dən aşağı salmış və onu illik 39,5% səviyyəsində müəyyən etmişdi.

Türkiyədə istehlak inflyasiyası isə 2024-cü ilin mayından sonra ilk dəfə 2025-ci ilin sentyabrında artım göstərib. Həmin ay inflyasiya illik ifadədə 33,29% olub. Avqust ayında bu göstərici 32,95% təşkil etmişdi.

Seçilən
9
banker.az

1Mənbələr