AZ

Demokratlar Heqsetdən qızlar məktəbinə hücuma görə izahat tələb edirlər

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Senatındakı demokratlar müharibə naziri Pit Heqsetə məktub yazaraq, İranda qızlar məktəbinə hücumla bağlı izahat tələb ediblər. 

525.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Məktubu demək olar ki, Senatdakı bütün demokratlar imzalayıb. Onlar nazirə Minab şəhərinə edilən hücumla bağlı bir sıra suallar veriblər, bunlardan biri hücumun ABŞ-ın həyata keçirib-keçirməməsi ilə bağlıdır. Senatorlar, həmçinin hədəfin yanlış seçilməsi mümkünlüyünü sorğu ediblər. 

Heqsetdən müharibə cinayətlərinin qarşısını almağa yönəlmiş qaydalara əməl edib-etmədiyi soruşulur.

ABŞ Prezidenti Donald Tramp məktəbin yaxınlığındakı İran bazasına Amerikanın Tomahawk raketinin zərbə endirməsini göstərən videolara baxmayaraq, dəlil təqdim etmədən, hücumu İranın həyata keçirdiyini bəyan edib.

İran hakimiyyət orqanlarının məlumatına görə, bu hücumda təxminən 110 uşaq da daxil olmaqla 168 nəfər həlak olub.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
525.az

1Mənbələr