İncirlik Türkiyə bazasıdır.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
“İncirlikdə Amerika əsgərlərinin olması onun Amerika bazası olması demək deyil”, - Milli Müdafiə Nazirliyindən bildirilib.
“Hərbi Hava Qüvvələri Komandanlığının nəzdində fəaliyyət göstərən 10-cu Əsas Aviasiya Baza Komandanlığımız Adana əyalətinin İncirlik şəhərində yerləşir.
Bazamızda F-16 eskadrilyamız, tanker eskadrilyamız və PUA-larımız yerləşir. Bu baza bütün müəssisəsləri ilə birlikdə Türkiyə Respublikasının mülkiyyətidir. Baza komandiri türk briqada generalıdır. Orada Amerika əsgərlərinin olması onun Amerika bazası olması demək deyil. İspaniya, Polşa və Qətərdən olan hərbi personal da orada yerləşir”, - Nazirliyin məlumatında deyilir. /yeniavaz.com/