Karman Space & Defense şirkəti Amerika raket və pilotsuz uçuş aparatları sistemlərində istifadə olunan buraxılış sistemlərinin və raket komponentlərinin istehsalını artırmaq üçün Yuta ştatında yeni müəssisə açır.
Herbiand.az bildirir ki, yeni zavod Böyük Solt-Leyk-Siti ərazisində yerləşəcək.
Zavod dronları ələ keçirmək üçün nəzərdə tutulmuş uçan sursat proqramlarında istifadə edilən buraxılış qurğularının istehsal gücünü dördqat artıracaq. Müəssisənin 2026-cı ilin dördüncü rübündə istehsala hazır olacağı gözlənilir.
Bəxtiyar CƏFƏRLİ