AZ

Qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri BDU da ustad dərsi

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun baş mühəndisi Məmməd Əsədov Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri” mövzusunda ustad dərsi keçib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir 27 Mart - Elm Günü və 22 Mart - Ümumdünya Su Gününə həsr olunub.

Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov müasir dövrdə qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinin elmi cəhətdən tədqiq edilməsinin çox əhəmiyyətli olduğunu, Məmməd Əsədovun bu istiqamətdə elmi tədqiqatlar apardığını iştirakçıların nəzərinə çatdırıb.

Məmməd Əsədov çıxışında su ehtiyatlarının qlobal vəziyyəti barədə məlumat verib. Bildirib ki, dünya əhalisinin 55 faizi kəskin su çatışmazlığından əziyyət çəkir. Bu problemin milli səviyyədə aradan qaldırılması üçün ardıcıl strategiyaların icrası zəruridir. Azərbaycan ümumi su ehtiyatlarının həcminə görə dünyada 140-cı, adambaşına düşən su ehtiyatlarına görə isə 90-cı yerdə qərarlaşıb.

Məruzəçi ölkənin suvarılan torpaq sahələri üzrə su istehlakının sxematik xəritəsini müvafiq izahlarla təqdim edib, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının idarə olunması istiqamətində işlərə diqqət çəkərək tətbiq olunan texnoloji yeniliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra professor Fərda İmanov, dosent İradə Əliyeva mövzunun aktuallığını vurğulayaraq, Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı təkliflərini səsləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
azertag.az

1Mənbələr