AZ

Hindistan tankerlərinin Hörmüzdən keçidi ilə bağlı İranla danışıqlar aparır - KİV

Bakı. Trend:

Hindistan Hörmüz boğazından azı 20 tankerin keçidi ilə bağlıİranla danışıqlar aparır.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Söhbət, xüsusilə neft və mayeləşdirilmiş neft qazı (LPG) daşıyantankerlərdən gedir. Agentliyin qeyd etdiyinə görə, daha əvvəlİranın Hindistan bayrağı altında üzən gəmilərin keçidinə icazəverdiyi barədə məlumatlar yayılmışdı. Lakin adı açıqlanmayan iranlırəsmi "Bloomberg" agentliyinə bildirib ki, belə bir icazəverilməyib.

Bundan əvvəl "NDTV" telekanalı mənbələrə istinadən xəbərvermişdi ki, İran Hindistan bayrağı altında üzən iki tanker üçün —"Pushpak" və "Parimal" — Hörmüz boğazından təhlükəsiz keçid təminedib.

Martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)general-mayoru İbrahim Cəbəri xəbərdarlıq etmişdi ki, dünya neftixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail vəABŞ-nin İran İslam Respublikasına qarşı hərbi əməliyyatlarısəbəbindən gəmilərin keçidi üçün bağlana bilər.

Martın 5-də isə İranın xarici işlər naziri Abbas Əraqçi bildiribki, boğaz bağlanmayıb, sadəcə gəmilər və tankerlər hər iki tərəfinzərbələrindən ehtiyat etdikləri üçün onu keçməyə cəhd etmirlər.

Seçilən
50
42
az.trend.az

10Mənbələr