AZ

BEA qlobal neft tələbatı proqnozunu azaldıb

Bakı. Trend:

Bu ilin mart və aprel ayları üçün qlobal neft tələbatı artımıproqnozu orta hesabla gündəlik 1 milyon bareldən çox azaldılıb,2026-cı il üzrə proqnoz isə gündəlik 210 min barel azaldılaraqgündəlik 640 min barel səviyyəsinə endirilib.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA)hesabatında bildirilib.

Məlumatda vurğulanıb ki, istehlakçı ölkələrin müvəqqəti təchizatitkilərini kompensasiya etmək üçün əhəmiyyətli neft ehtiyatlarımövcuddur: “Qlobal ehtiyatların ümumi həcmi hazırda 8,2 milyardbareldən çoxdur, bu da 2021-ci ilin fevralından bəri ən yüksəksəviyyədir. Bu ehtiyatların təxminən yarısı İqtisadi Əməkdaşlıq vəİnkişaf Təşkilatı (OECD) ölkələrindədir. Onlardan 1,25 milyardbarel hökumətlərin fövqəladə ehtiyatları, əlavə 600 milyon barelisə dövlət öhdəlikləri çərçivəsində saxlanılan sənayeehtiyatlarıdır”.

“Qlobal neft bazarı Yaxın Şərqdəki müharibənin nəticələri iləüzləşir. Regionda enerji infrastrukturuna birbaşa ziyanvurulmasından əlavə, böhran Hörmüz boğazından tanker hərəkətinin,demək olar ki, tam dayanmasına səbəb olub. Hazırda təxminəngündəlik 20 milyon barel həcmində xam neft və məhsul ixracı pozulubvə dünyanın ən vacib neft tranzit boğazını alternativ marşrutlarlaəvəz etmək üçün imkanlar məhduddur. Bu vəziyyət həm istehsalçılara,həm də istehlakçılara ciddi təsir edir. Müharibə başlayandan bəribenchmark neft qiymətləri 20 dollar/barel artaraq 92 dollar/barelsəviyyəsinə çatıb və məhsul bazarlarında artım daha da böyük olub”,- hesabatda qeyd edilib.

Seçilən
78
az.trend.az

1Mənbələr