AZ

Şarl Mişel: Aşırı asılılıq gec tez təhdidlərə, şantaja və təzyiqlərə məruz qalmaq riski yaradır

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə Prezident İlham Əliyevin görüşü həm Azərbaycan, həm də Avropa üçün prioritet məsələləri həll etməyə kömək edə bilər".

Oxu.Az xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan və Aİ arasında ortaq maraqların olduğu sahələrdə koordinasiya və əməkdaşlıq mümkündür:

"Azərbaycan ilə Avropa İttifaqı bütün razılaşmaları müzakirə etməyə qərar verib. Biz birlikdə nə edə biləcəyimizi və ortaq maraqlara xidmət edən layihələri necə müəyyənləşdirəcəyimizi daha yaxşı anlaya bilərik. Mövcud şəraitdə bir tərəfdən fərqlilikləri qəbul etmək vacibdir. Amma bu fərqlər o demək deyil ki, ortaq maraq olan sahələrdə əməkdaşlıq mümkün deyil".

Mişel qeyd edib ki, Avropada təhlükəsizlik və enerji siyasətinin əhəmiyyəti böyükdür:

"Enerji sektoru çox vacib sahədir. Çünki enerji rəqabət qabiliyyətinin, rifahın və sənayenin əsas amillərindən biridir. Lakin müşahidə etdiyimiz odur ki, bəzən enerji vasitə kimi istifadə oluna, hətta təzyiq və hədə-qorxu alətinə çevrilə bilər. Məhz buna görə də dünyanın bir çox ölkələri və regionları enerji sahəsində əməkdaşlıqlarını şaxələndirməyə çalışırlar ki, hər hansı bir tərəfdən həddindən artıq asılı olmasınlar. Çünki aşırı asılılıq gec-tez təhdidlərə, şantaja və təzyiqlərə məruz qalmaq riski yaradır. Bu regionda isə enerji sahəsində mühüm rol oynaya bilən və artıq oynayan bəzi ölkələr var. Onlar sabitliyi və dayanıqlılığı təmin edə bilərlər. Bu isə indiki şəraitdə getdikcə daha vacib bir amilə çevrilir".

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
oxu.az

1Mənbələr