Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyədə motosiklet sürücüsünə yazılan cərimə maraqlı müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Diyarbəkir şəhərində yaşayan 21 yaşlı motosiklet sürücüsü Hakan Çaçan təhlükəsizlik kəməri taxmadığına görə 993 türk lirəsi (təxminən 55 manat) məbləğində cərimələndiyini bildirib. Ona cərimə 78.1-A maddəsi üzrə tətbiq olunub.
Çaçan bildirib ki, iki ildən artıqdır motosiklet idarə edir və yol hərəkəti qaydalarına diqqətlə əməl etməyə çalışır. Onun sözlərinə görə, keçən il hərbi xidmətə getməzdən əvvəl Bağlar Dördyol ərazisində təhlükəsizlik kəməri taxmamaq maddəsi ilə cərimə olunub.
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Sürücü əvvəlcə cərimənin başqa nəqliyyat vasitəsinə yazıldığını düşündüyünü deyib. Lakin bir neçə gün sonra elektron hökumət sistemində məlumatları yoxlayarkən cərimənin öz motosikletinin 46-AIN-448 nömrə nişanına tətbiq edildiyini görüb.
Çaçan qeyd edib ki, motosikletlərdə təhlükəsizlik kəməri olmadığı halda bu maddə ilə cərimələnməsi onu təəccübləndirib. Onun sözlərinə görə, əgər cərimə dəbilqə taxmamaqla bağlı maddə üzrə yazılsaydı, bunu başa düşmək mümkün olardı.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.