“Football-plus.az” “Quba”nın sabiq prezidenti haqda yazdığı vida bəyanatını təqdim edir:
“Nəzərinizə çatdırırıq ki, Ayaz Abdullayev “Quba”da fəaliyyətini başa vurub. Onun rəhbərliyi dövründə klub qısa müddətdə böyük inkişaf yolu keçib. Komanda Region Liqasından 2-ci liqaya yüksəlib, ötən mövsüm pley-off mərhələsinə vəsiqə qazanaraq, bu mövsüm çempionatın ilk “üçlüy”ündə qərarlaşıb, mühüm nəticələr əldə edib. Şəxsi işlərinin çoxluğu səbəbindən klubun nəzarətsiz qalmaması və daha irəliyə getməsi üçün vəzifəsini təhvil verib. Yaxın günlərdə yeni icraçı direktorun və yeni rəhbərin adları açıqlanacaq. Quba futbolunun inkişafı naminə göstərdiyi zəhmətə və klubun əldə etdiyi uğurlarda verdiyi töhfələrə görə Ayaz Abdullayevə klubumuz adından minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. Hər şey “Quba”nın daha yaxşı gələcəyi naminədi”.
Xatırladaq ki, 2-ci liqada mübarizə aparan “Quba” 18 turdan sonra 36 xalla 3-cü pillədə qərarlaşıb.