AZ

“Rəmiş, getmək vaxtıdı...” ANONS

ain.az bildirir, 525.az portalına istinadən.

"Aqil Abbasın son dövrə aid nəsr və bədii publisistika yaradıcılığı ümumən ədəbi proses daxilində olmaqla bahəm, həm fərdi və həm də mühüm ədəbi nailiyyət səciyyəsi ilə ciddi maraq doğurur. Hələ bu azmış kimi, o, artıq 35 ildir, on minlərlə (bəli, belə çox!!) qələm əhlinin imzasına çətir tutan “Ədalət” adlı polifonik bir nəşrin baş yazarı statusunu bir kimsəyə güzəşt etmir. Mənim tanıdığım Aqil Abbas 70-ci illərdə Abdal Qasımın gülməcələrini tapıb-toplayanda, qəzetlərə xırda məqalələr yazanda, böyük bir təşnəliklə çap olunmağa, görünməyə can atanda necə həvəsli, ilhamlı, coşğun idisə, indi də həmən sadədilliklə, şövqlə yazıb-yaradır, yenə də yazının əbədiyyətinə möhkəm inanır, yazıçılığı əqidəyə, amala bərabər tutur.

Ədalət hissi üstündə olan oxucu, yaxud həmkar qələm yoldaşı sənətkarın belə ardıcıl cəhd və canatımına laqeyd qala bilməz (qalmamalıdır)!

 Və nəhayət, belə bir yekun: Aqil Abbas ədəbi yaradıcılığa sonsuz, tükənməz bir sevgiylə sarılıb... Qədir Rüstəmov qavala və səsin zilinə, Aşıq Ədalət alışıb yanan saza, Rəmiş hönkürən gitaraya, Səxavət səsin əlçatıb-ünyetməyən xırdalıqlarına, Şakir qəm köynəyi kimi şırma-şırma açılan qarmona... övlad anaya sarılan kimi!”

Sabahkı “525-ci qəzet”də dərc olunacaq

Vaqif Bəhmənlinin Aqil Abbasın “Rəmiş” povesti haqqında

“Rəmiş, getmək vaxtıdı...” yazısından oxuya bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
525.az

1Mənbələr