AZ

Fərqli açıqlamalar, vahid strategiya yox- ABŞ-İran gərginliyində aktuallıq- ÖZƏL

ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı İranın gələcəkdə indiki sərhədlərlə qalacağına əmin olmadığını bildirib. O, müharibədən sonra ölkənin başqa formada ortaya çıxa biləcəyini də istisna etməyib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Bütün bunlar Donald Trampın sadəcə xəyallarıdır. Faktiki olaraq, Tramp müharibəni elə göstərir ki, onun münaqişə ilə bağlı vahid strategiyası yoxdur və müzakirələrdə fərqli variantlar ortaya çıxır. Hər gün Tramp və ABŞ administrasiyasının fərqli açıqlamalarını görürük. Burada əsas məsələ odur ki, Tramp özü də İranla bağlı nə edəcəyini bilmir: gah müharibədən çıxmaq istəyir, gah İrana zərbə vuracağını bildirir, gah isə İranın parçalanması və hansı ölkələrin İrana hücum edə biləcəyini müzakirə edir. Bu, çox qarışıq bir vəziyyətdir.
İranın ərazi bütövlüyünün pozulması məsələsinə gəlincə, düşünürəm ki, hazırda bu məsələ masada müzakirə olunmur və real təhdid yoxdur. Bunun üçün İranın sərhədlərinə real əsgərlər daxil edilməli və real hərbi hissələr yerləşdirilməlidir. Lakin hazırda İranın rəqibləri belə bir vəziyyətə hazır deyillər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr