AZ

Deputatın burnunu sındırıblar

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentinanın Tukuman əyalətində La Libertad Avanza Partiyasından olan parlament üzvü Federiko Pelli La Madrid şəhərində daşqından zərər çəkən insanlara yardım çatdırmağa çalışarkən hücuma məruz qalıb.

Reyting.az xəbər verir ki, görüntülərdə hücumun qısa şifahi mübahisə ilə başladığı görünür.

Hücumçu ilə qarşılaşmadan əvvəl əraziyə gələn Pelli deyib: “Özünü kim hesab edirsən ki, mənə keçməyə icazə verirmirsən?”

Sonra millət vəkilinin şəhərə girməsinə mane olmağa çalışarkən təcavüzkar Pellinin başına sərt zərbə endirərək burnunu sındırıb.

Pellini müalicə edən həkimlər onun başından və burnundan zədə aldığını deyiblər. Kompüter tomoqrafiyası müayinəsi onun burun sümüyündə sınıq aşkar edib. Beyin zədəsi olmadığı üçün millət vəkili müşahidə altında saxlanılır.

Argentina prezidenti Xavyer Miley hadisəni pisləyib.

Görüntülər sürətlə yayıldıqca, hücumçunun “Piçón” kimi tanınan Marselo Sequra olduğu müəyyən edilib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
reyting.az

1Mənbələr