AZ

Qlobal Cənub qlobal təhlükəsizlik və yeni beynəlxalq nizam məsələlərində öz mövqelərini formalaşdırır - Əmr Musa

Qlobal Cənub qlobal təhlükəsizlik və yeni beynəlxalq nizam məsələləri də daxil olmaqla, öz mövqelərini formalaşdırmağa doğru irəliləyir.

Trend xəbər verir ki, bunu bu gün Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi Əmr Musa "Keçid dövründə olan dünyada fikir-ayrılıqlarının aradan qaldırılması"mövuzunda 13-cü Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında fərqlər və müxtəlif baxışlar mövcuddur, lakin eyni zamanda Cənub ölkələri arasında Şimal ölkələrinin mövqelərinə qarşı qoyula biləcək ortaq yanaşmalar da formalaşır.

"Qlobal təhlükəsizlikdən danışarkən bu məsələni birlikdə - həm Şimal, həm də Cənub - müzakirə etməliyik, yəni bununla nəyi nəzərdə tutduğumuzu aydınlaşdırmalıyıq. Bu, yalnız ABŞ və Çin arasındakı münasibətlər və ya Qərb ilə Şərq arasındakı məsələ olmamalıdır. Cənub da bu tənliyin bir hissəsi olmalıdır. Biz Qlobal Cənubdan danışırıq və o, qlobal təhlükəsizlik və yeni beynəlxalq nizam məsələləri də daxil olmaqla, öz mövqelərini formalaşdırmağa doğru irəliləyir. Məsələləri yalnız böyük dövlətlər, super-güclər və ya varlı ölkələr arasında həll etmək olmaz. Qlobal təhlükəsizliyin nə olduğunu müəyyənləşdirməyə çalışarkən Qlobal Cənub da nəzərə alınmalıdır", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
1
olaylar.az

2Mənbələr