AZ

Qalkin Puqaçovaya xəyanət edir? Fotolar

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Xalq artisti Alla Puqaçovanın şoumen həyat yoldaşı Maksim Qalkinin son paylaşımları müzakirələrə yol açıb.

Axşam.az xəbər verir ki, 49 yaşlı aparıcının görünüşündə dəyişiklik hiss edən izləyicilər onun 76 yaşlı müğənniyə xəyanət etməsindən şübhələndiklərini bildiriblər.

Belə ki, o xeyli arıqlayıb, idmanla məşğul olaraq daha formada görünməyə başlayıb və imicini dəyişib. Şoumen həmçinin saqqal saxlamağa başlayıb.

Bundan başqa, Qalkin tez-tez qastrol səfərlərinə getdiyi üçün evdən çox kənarda vaxt keçirir və sosial şəbəkələrdə də daha aktiv olub. O, paylaşımlarında əzələlərini nümayiş etdirir, hətta hovuzdan videolarını yayımlayır.

Bu isə bəzi izləyicilərdə müxtəlif şübhələr yaradıb. Onların fikrincə, Puqaçova uşaqları ilə birlikdə Kiprdə evdə vaxt keçirərkən, Qalkin ona xəyanət edir.

"Avropada kiminləsə əylənir, Puqaçova isə evdə oturur", "Son vaxtlar Maksim çox dəyişib, nəsə var", "Qastrollarda onu kim çəkir maraqlıdır, yəqin ki, münasibətdə olduğu biri var" deyə, izləyicilər şərh yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
axsam.az

1Mənbələr