AZ

Qırğızıstan beş ildə 141 ton qızıl istehsal edib

Yazını böyüt
Yazını kiçilt

Son beş ildə Qırğızıstanın mədən sektoru dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirib. Sektordakı şirkətlərdən ümumi vergi və rüsumlar 217,9 milyard som təşkil edib.

Hafta.az yazır ki, Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət nazirinin müavini Asel Raimkulovanın müvafiq parlament komitəsinin iclasında verdiyi məlumata görə, təkcə 2025-ci ildə mədən sektorundan əldə edilən gəlirlər rekord həddə - 65,4 milyard soma çatıb.

Onun sözlərinə görə, 2021-2025-ci illər arasında ölkədə çıxarılan qızılın ümumi həcmi 141 tona çatıb. Bundan əlavə, illik istehsal 26 tona qədər artıb.

Həmçinin qeyd olunur ki, Qırğızıstan ildə təxminən 4 milyon ton kömür istehsal edir ki, bu da ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Seçilən
12
hafta.az

1Mənbələr