AZ

Fransa Mərkəzi Bankının sədri: Heç pulumuz qalmadı

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Fransa Mərkəzi Bankının sədri Fransua Villerua de Qalhau Yaxın Şərqdəki münaqişələr səbəbindən neft bazarlarındakı bahalaşmanın ölkəyə çox pis təsir etdiyini deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu səbəbdən hökumətin yanacaq subsidiyası proqramının icrasında problem yaşandığını açqlayıb.

Qalhau bildirib ki, artıq Mərkəzi Bankın ehtiyatı tükənib: "Artıq heç pulumuz qalmadı. İndisə yaacaq subsidiyasının artırlmasını təəb edənlər var. Biz bu qədər borclanmaya gedə bilmərik. Büdcə kəsirlərini və borcları daha da artırsaq, bu, uzunmüddətli faiz dərəcələrinin artmasına səbəb olacaq. Açıq desək, bu addım Fransa xalqını cəzalandırılması demək olacaq".

Məlumat üçün bildirək ki, dövlət borcunun ÜDM-ə nisbəti təxminən 111,7 faiz olan Fransa İtaliya ilə yanaşı, Avropa Birliyi daxilində ən yüksək borc yükünə malik ölkədir.

Tahir Şəlvəli

Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
mia.az

1Mənbələr