Bakı. Trend:
Qlobal Cənub qlobal təhlükəsizlik və yeni beynəlxalq nizamməsələləri də daxil olmaqla, öz mövqelərini formalaşdırmağa doğruirəliləyir.
Trend xəbər verirki, bunu bu gün Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi ƏmrMusa “Keçid dövründə olan dünyada fikir-ayrılıqlarının aradanqaldırılması”mövuzunda 13-cü Qlobal Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, Qlobal Şimal və Qlobal Cənub ölkələriarasında fərqlər və müxtəlif baxışlar mövcuddur, lakin eyni zamandaCənub ölkələri arasında Şimal ölkələrinin mövqelərinə qarşı qoyulabiləcək ortaq yanaşmalar da formalaşır.
“Qlobal təhlükəsizlikdən danışarkən bu məsələni birlikdə – həmŞimal, həm də Cənub – müzakirə etməliyik, yəni bununla nəyi nəzərdətutduğumuzu aydınlaşdırmalıyıq. Bu, yalnız ABŞ və Çin arasındakımünasibətlər və ya Qərb ilə Şərq arasındakı məsələ olmamalıdır.Cənub da bu tənliyin bir hissəsi olmalıdır. Biz Qlobal Cənubdandanışırıq və o, qlobal təhlükəsizlik və yeni beynəlxalq nizamməsələləri də daxil olmaqla, öz mövqelərini formalaşdırmağa doğruirəliləyir. Məsələləri yalnız böyük dövlətlər, super-güclər və yavarlı ölkələr arasında həll etmək olmaz. Qlobal təhlükəsizliyin nəolduğunu müəyyənləşdirməyə çalışarkən Qlobal Cənub da nəzərəalınmalıdır”, - deyə o bildirib.