AZ

Çin təyyarələrinin Tayvan yaxınlığında uçuşları kəskin şəkildə azalıb

Çin hərbi təyyarələrinin Tayvan yaxınlığında uçuşlarının sayı kəskin şəkildə azalıb.

Herbiand.az bildirir ki, bu barədə The New York Times qəzeti məlumat verib.

“Son 13 gündə heç bir Çin hərbi təyyarəsinin Tayvan yaxınlığında uçuşu qeydə alınmayıb”, - nəşr iddia edir.

Məqalədə vurğulanıb ki, istisna 8 martda olub. Tayvan Milli Müdafiə Nazirliyinin məlumatına görə, adaya iki təyyarənin yaxınlaşması müşahidə olunub. Nəşr qeyd edib ki, Tayvan Çin hərbi təyyarələrinin demək olar ki, hər gün uçuşlarına öyrəşib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
38
herbiand.az

1Mənbələr