Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Bağışla məni, "Bayer"
"Arsenal"ının hücumçusu Kay Havertz Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bayer"lə (1:1) qarşılaşma haqda danışıb.
QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu sözügedən matçda sabiq komandasına qol vurub və "Arsenal"ı məğlubiyyətdən xilas edib. Havert bu haqda deyib:
"Son dəqiqələrdə penalti yerinə yetirmək həmişə asan olmur. Amma illərdir axtardığım anlar bunlardır. Əlbəttə ki, xoşbəxtəm. Özümü göstərdiyim və qol vurduğum üçün şadam. "Bayer"ə görə təəssüflənirəm. Bağışla məni, "Bayer". "Bayer" mənim üçün yad bir klub deyil. Amma bu, futboldur və qol vuranda sevindim".
Xatırladaq ki, Kai Havertz 2010-cu ildən 2020-ci ilə qədər Leverkuzen təmsilçisində oynayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.