Qəbələ, 12 mart, AZƏRTAC
“YAŞAT” Fondu özünün fəaliyyət istiqamətləri ilə yanaşı, bir çox sosial layihələr də həyata keçirir. Onlardan biri də şəhid övladlarının istirahətinin mənalı təşkili layihəsidir. Bu gün biz “Tufandağ” Qış-Yay İstirahət Kompleksində şəhidlərimizin övladları üçün düşərgə təşkil etmişik.
Bu sözləri “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə Qəbələdə keçirilən III qış düşərgəsi barədə açıqlamasında deyib.
Elvin Hüseynov qeyd edib ki, Fond fəaliyyətə başlayandan bu günə kimi 65-dən çox layihə icra olunub, 30 mindən artıq insan bu layihələrdən faydalanıb.
“2026-cı ilin əvvəlinə olmasına baxmayaraq, bu il “YAŞAT” Fondu sayca 5-ci layihəsini həyata keçirir. Növbəti layihələr isə tədbirlər planına uyğun olaraq vaxtında reallaşacaq”, - deyə Elvin Hüseynov bildirib.
Müxbir - Rasim İslamoğlu