AZ

Nazir bu şəxsi özünə yeni müşavir təyin etdi

Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib...

Poliqon İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

O bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü R.Cabbarov 2021-2023-cü illərdə də gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb.

Poliqon.info

Seçilən
63
17
poliqon.info

10Mənbələr