AZ

Paşinyan Rusiyadakı erməniləri ölkəyə gətizdirir? Avtobuslar hazırlandı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusiyada yaşayan ermənilər nəzəri olaraq Ermənistanda keçiriləcək parlament seçkilərində səs verə bilərlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Paşinyan “Ankakh Ditsord” təşkilatının Ermənistanda seçkilərə hazırlıqla bağlı bəyanatını şərh edib.

Bəyanatda iddia olunur ki, siyasi qüvvələrdən biri çox sayda avtobus və mikroavtobus sifariş edərək xaricdən, əsasən Rusiyadan gələn seçiciləri qarşılayıb, səsvermə məntəqələrinə aparmaq üçün hazırlıq görür.

Baş nazir Rusiyada yaşayan ermənilərin seçkilərdə iştirakının mümkün olduğunu vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
globalinfo.az

1Mənbələr