AZ

Sabiq kansler: ABŞ və Rusiya razılaşmaya daha yaxındır

BAKI, 12 mart. TELEQRAF

Görünür ABŞ və Rusiya razılaşmaya Rusiya ilə Avropanın razılaşmaya yaxın olduğundan daha çox yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə Avstriyanın sabiq kansleri Alfred Gusenbauer XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O bildirin ki, bu, əsasən təhlükəsizlik anlayışının və çərçivəsinin fərqli olması ilə bağlıdır:

“Heç vaxt mövcud hökumətləri mühakimə etməyə çalışmıram, lakin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik strategiyasına və Prezident Putinin açıqlamalarına baxdıqda belə bir təəssürat yaranır ki, hər ikisinin eyni düşməni var: Avropa İttifaqı. Çünki Avropa İttifaqı liberal demokratiyanın son mayakı kimi görünür.

Hazırkı ABŞ administrasiyası Avropa İttifaqına qarşı mübarizə aparır və “vətənpərvər partiyalar” adlandırılan, əslində isə anti-Avropa mövqeli partiyaları dəstəkləyir. Yeri gəlmişkən, bunlar Prezident Putin tərəfindən də dəstəklənən və bəzən maliyyələşdirilən eyni partiyalardır.

Mənim fikrimcə, liberal demokratiyanın yeganə avanqardı hazırda Avropa İttifaqıdır. O, həm daxildən, həm də xaricdən təzyiqlərlə üzləşir”.

Seçilən
94
teleqraf.com

1Mənbələr