AZ

Fransisko Qamboa: Kosta-Rika BMT Baş katibi postuna Rebeka Qrinspanın namizədliyini dəstəkləyir

Kosta-Rika Birləşmiş Millətlər Təşkilatı (BMT) Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspanın BMT Baş katibi postuna namizədliyini dəstəkləyir.

"Far.Az"un məlumatına görə, bunu Kosta-Rikanın birinci vitse-prezidenti Fransisko Qamboa XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib.

"Kosta-Rika Rebeka Qrinspanın BMT-nin Baş katibi postuna namizədliyinə dəstəyini təsdiqləyir", - o qeyd edib.

F.Qamboa vurğulayıb ki, Qrinspanın namizədliyi Kosta-Rikanın geniş siyasi spektrinin dəstəyindən yararlanır.

Qeyd edək ki, BMT-nin hazırkı Baş katibi Antonio Quterreş bu vəzifədə ikinci müddətini 2026-cı ilin sonunda başa vuracaq.

R.Qrinspan keçmiş prezident Xose Maria Fiqeresin administrasiyasında (1994–1998) Kosta-Rikanın vitse-prezidenti vəzifəsini tutub.

Seçilən
52
far.az

1Mənbələr